Türkiyədə ən çox mənzil alan əcnəbilər ruslardır

12:00 18.05.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Aprel ayında ümumi ev satışları əvvəlki ilin eyni ayına görə yüzdə 35,6 azalsa da, xaricilərə satışda Rusiya yenə də birinci yerdədir.

Hafta.az-ın yazdığına görə, bu bir ay ərzində Rusiya vətəndaşları Türkiyədən 817 ev alıblar. Siyahıda 377 evlə İran ikinci, 136 evlə Ukrayna üçüncü və 124 evlə İraq vətəndaşları dördüncü yeri tutublar.

Bir ayda ölkə daxilində 85652 ev satıldığı halda, İstanbul 16,3 faizlə ən böyük paya sahib olub. Aprel ayında İstanbulda xaricilərə 2557 ev satılıb.

Türkiyə Statistika Təşkilatının (TÜİK) Mənzil Satış Statistikasına görə, aprel ayı üçün xaricilərə ev satışları əvvəlki ilin eyni ayına görə 60,3 faiz azalaraq 2557 olub.

Ümumi ev satışlarında əcnəbilərin payı cəmi 3 faizdir. Əcnəbilər 1024 evlə Antalyada ən çox alış-veriş edib. İstanbul 792 ev satışı ilə ikinci, Mersin isə 186 ev satışı ilə üçüncü yerdədir.