Türkiyədə qəzaya uğrayan yanğınsöndürən təyyarə Rusiyaya məxsus olub

18:40 14.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı qəzaya uğrayan təyyarə Rusiyaya məxsus olub.

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzaya düşən “BE-200” amfibiya təyyarəsində 8 nəfər olub. Onlardan 5-i Rusiya, 3-ü isə Türkiyə vətəndaşıdır.

Rusiya hadisənin səbəbini araşdırmaq üçün əraziyə komissiya göndərəcək.