Türkiyədə sel fəlakətində ölənlərin sayı 82-yə çatdı

23:29 21.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Qara dəniz bölgəsində baş verən sel nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, sel zamanı Kastamonuda 71, Sinopda 10, Bartında 1 nəfər həyatını itirib.