Yazını böyüt
Yazını kiçilt
Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) terror hücumu zamanı 5 nəfər ölüb, 22 nəfər yaralanıb.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat yayıb.
"Terror aktında həlak olanların sayı 5-ə yüksəlib, yaralananların ümumi sayı isə 22 nəfərdir. Yaralılardan üçü artıq xəstəxanadan buraxılıb.", - nazir qeyd edib.
Qeyd edək ki, bu gün Ankaranın Kahramankazan rayonunda yerləşənTürk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) qarşısında silahlı hücum olub.