Yazını böyüt
Yazını kiçilt
“Sabah” komandası çox güclüdür. Bugünkü matçda sona qədər mübarizə apardılar.
Hafta.az xəbər verir ki, bu sözləri Türkiyənin “Bağçaşəhər” basketbol komandasının baş məşqçisi Sinan Atalay Bakıda FIBA Avropa Kubokunun qrup mərhələsinin II turunda “Sabah” basketbol klubu ilə qarşılaşmadan sonra deyib.
Mütəxəssis Azərbaycan təmsilçisinin yaxşı təsir bağışladığını bildirib: "Arenadakı atmosfer əla idi. Bundan sonrakı oyunlarda “Sabah” komandasına uğurlar arzulayıram”.
O, komandasında zədəli basketbolçuların olduğunu vurğulayıb: “Çalışacağıq ki, idmançılarımızın səhhəti qısa zaman ərzində düzəlsin. Qarşıda bir neçə oyunumuz var. Həmin matçlarda yüksək nəticə əldə etmək üçün bütün potensialımızı ortaya qoyacağıq”.