Xarici İşlər Nazirliyinin üç təqaüddə olan səfiri Həsən Sərvət Öktəm, Həsən Göğüş və Ömər Önhon iyunun əvvəlində keçiriləcək seçkilərdən əvvəl ölkənin nəbzini ölçmək üçün bu yaxınlarda Ermənistana səfər ediblər.
Hafta.az yazır ki, Ermənistana ilk dəfə səfər edən səfirlər, qayıtdıqdan sonra yazdıqları ayrı-ayrı məqalələrdə Ermənistandakı gündəlik həyatla bağlı rəngarəng təəssüratlarını bölüşüblər, eyni zamanda Türkiyə ilə qonşusu arasında münasibətlərin normallaşması ilə bağlı mühüm mesajlar veriblər.
Hər üç səfir iki namizəd - Samyel Karapetylanın Rusiyapərəst Gözəl Ermənistan Partiyası və prezident Nikol Paşinyanın rəhbərlik etdiyi hazırda Qərbpərəst Vətəndaş Müqaviləsi Partiyası arasında keçirilən yarışda Paşinyana üstünlük verdiklərini açıq şəkildə bildiriblər.
Bu səfərdə iştirak edən səfirlərdən biri olan Sərvət Öktəm, 28 mart 1984-cü ildə Tehranda baş katib vəzifəsində çalışarkən ASALA tərəfindən təşkil edilən terror hücumunda yaralanmışdı.
Öktəm Belqrad və Havanada, Göğüş Dehli, Afina, Vyana və Lissabonda, Önhon isə Dəməşq və Madriddə səfir vəzifələrində çalışıb.
Səfirlərin yazılarına ən diqqət çəkən başlıqlar və keçidlər bunlardır:
Həsən Sərvət Öktəm: “Əgər onlar sülh, rifah və demokratiya istəyirlərsə, doğru ünvan Paşinyanın partiyasıdır. Ermənistanın Rusiya üçün otlaq olaraq qalmasını istəyənlər Karapetyana səs verməlidirlər”.
Ömər Önhon: “Baş nazir Paşinyan Ermənistanın gələcəyini Qərblə əməkdaşlıqda və inteqrasiyada görən, Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan və Ermənistanın yenidən Rusiyanın hegemonluğu altına düşməsini istəməyən bir siyasətçidir”.
Həsən Gögüş: “Ermənistanın maraqları iki ölkə arasında münasibətlərin normallaşdırılmasını tələb etdiyi kimi, Türkiyənin də maraqları tələb edir. Dövlətlər emosional orqanizmlər deyil. Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin inkişafına mane olmamalıdır”.
Bu arada, Həsən Gögüşün “Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin inkişafına mane olmamalıdır” sözlərinə aydınlıq gətirməsi yaxşı olardı. Azərbaycan dövləti nə adıçəkilən keçmiş səfirə, nə də onun kimilərə Ermənistanla əlaqə qurmasına mane olmur...