Türkiyə avqust ayında Rusiyadan neft idxalını yarıbayarı azaldıb.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, azalmanın əsas səbəbi İzmir yaxınlığındakı STAR neft emalı zavodunda aparılan texniki xidmətdir. Xəbərə görə, avqust ayı ərzində gündəlik neft idxalı 200 min bareldən aşağı düşüb. Lakin ekspertlər bildirirlər ki, bu vəziyyət narahatedici olsa da, kritik deyil.
STAR neft emalı zavodu Türkiyənin ümumi neft məhsulları ehtiyacının 20 faizini qarşılayır. Obyektdə aparılan təmir işləri ilə əlaqədar istehsal iki ay dayandırılıb. Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın idarə etdiyi qurğu ildə 12 milyon ton neft emal etmək gücünə malikdir.
Rusiyadan neft emalı zavoduna iyunda 300 min barel neft daşındığı halda, avqustda 100 min barrelə düşüb.
STAR neft emalı zavodunda aparılan bu təmirin Rusiya neftinin ixracına qismən təsir edəcəyi gözlənilir. Hesablamalara görə, bu dövrdə ixrac Hindistan bazarına yönəldiləcək.