Türkiyənin XİN rəhbəri Rusiyaya gedəcək

19:44 09.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 10-da Rusiyaya səfər edəcək.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata əsasən, Türkiyənin XİN başçısı səfər çərçivəsində Moskvada təkbətək görüşlər keçirəcək.

Sonra Hakan Fidan iyunun 11-də Nijni Novqorodda keçiriləcək Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın (BRİKS) xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.