Türklərin ən çox səfər etdiyi ölkələrin siyahısı - Azərbaycan 8-ci dir

19:10 20.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə vətəndaşları gəzib-görmək üçün daha çox hansı ölkələrə üstünlük verirlər?

Hafta.az-ın yazdığına görə, Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) ölkə vətəndaşlarının ən çox seçdiyi ölkələrin siyahısını hazırlayıb. Məlumata əsasən, siyahıda ilk 10 ölkənin adı sıralanıb. Maraqlıdır ki, əvvəlki illərlə müqayisədə 2021-ci ildə türk turistlərin səyahət istiqamətləri xeyli dəyişib.

Türkiyəli turistlərin ən çox üstünlük verdikləri, gəzib-görmək üçün üz tutduqları ölkə Gürcüstandır. Türklər bunu Gürcüstanda gəzməli yerlərin çoxluğu, yüksək xidmət və ən əsası aşağı qiymətlərin mövcud olması ilə əsaslandırırlar. Siyahıda ikinci pilləni Yunanıstan, üçüncü yeri isə qonşu Bolqarıstan tutur. 

Türklərin ən çox üz tutduqları dördüncü ölkə Almaniya, beşinci dövlət isə ABŞ-dır. Altıncı pillədə İran, yeddincidə isə İtaliya qərarlaşıb.

Türklər Azərbaycanı da çox sevərlər və fürsət düşən kimi ölkəmizə səfər edərlər. Bu müstəvidə türk turistlərin seçimində Azərbaycan səkkizinci yerdədir.   

Türklərin səyahət siyahısında Fransa doqquzuncu pillədə dayansa da, ilk onluğu ümumilikdə Orta Asiyanın türk dövlətləri tamamlayır.