Tutuquşunu oğurladı - 5 İL HƏBS CƏZASI ALDI

12:11 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Primorye şəhərində bıçaqla silahlanmış yerli sakin ev heyvanları mağazasını soyub.

Hafta.az yerli mətbuata istinadən xəbər verir ki, o, qəfəsdə olan tutuquşuları və kassadan pul götürüb.

28 yaşlı Artyom sakini cinayəti ötən ilin yanvar ayında törətmişdi. Dediyinə görə, içkisi qurtarmışdı, pul isə qalmamışdı. Buna görə də ev heyvanları mağazasını soymaq qərarına gəlib. 700 rublla yanaşı sevgilisinə hədiyyə etmək üçün içində tutuquşular olan qəfəsi də götürüb.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma bir il ərzində aparılıb. Nəticədə, məhkəmə həmin şəxsi günahkar sayıb və ona cəzasını ağır rejimli koloniyada çəkməklə 5 il azadlıqdan məhrumetmə cəzası verib.

Oxunma sayı 82