Twitter-də 1,5 milyon hesab silinəcək

15:23 09.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

SpaceX və Tesla-nın baş direktoru İlon Mask Twitter-də 1,5 milyon hesabın bağlanacağını açıqlayıb. Musk sosial media platformasına gətirdiyi iki yeni xüsusiyyəti izləyiciləri ilə paylaşıb.

Sosial media platforması Twitter-i aldığı gündən gündəmdən düşməyən SpaceX və Tesla-nın CEO-su, milyarder iş adamı İlon Mask bu gün yenidən diqqətçəkən açıqlamalar verib.

Bu barədə Twitter hesabından açıqlama verən Mask sosial media platformasındakı 1,5 milyon hesabın bağlanacağını açıqlayıb.
Bəs hansı hesablar bağlanacaq? Mask bu sualı da cavablandırıb və bağlanacaq hesabların uzun müddətdir daxil olmayan və paylaşılmayan hesablar olacağını bildirib.

Twitter-də izləyicilərinə 2 yeni xüsusiyyət müjdəsini də verən məşhur milyarder ilk olaraq Twitter hesabınızın real vəziyyətini göstərəcək bir proqram yeniləməsi üzərində işləyir.

Daha sonra o, inkişaf etdirdikləri yeni izləmə sistemi ilə tvitlərin videolara baxdığı kimi görünəcəyini açıqlayıb.

Yeni sistem sayəsində insanlar öz postlarını neçə nəfərin gördüyünü görə biləcəklər.

Oxunma sayı 2158