Üç evdən pul və qızıl-zinət əşyaları oğurlandı

14:24 06.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda üç evdən oğurluq olub.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Binə qəsəbəsində 3 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Əlizadə saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.