Ucarda kombaynın təkəri partlayıb, 1 nəfər ölüb

10:24 05.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib.

 

Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H. Əhmədov xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.apa

Oxunma sayı 77