Üçüncü Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub

18:00 06.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polşada keçiriləcək üçüncü Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim edilib.

Hafta.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Medallarda Polşa tarixində mühüm yer tutan qartal simvolu əks olunub. O, idman dəyərlərini özündə birləşdirən gücü, ümidi, liderliyi, qələbəni, ilham və cəsarəti ifadə edir.

Üçüncü Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.

Qeyd edək ki, Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda keçirilib.

Oxunma sayı 159