Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Hafta.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında qeyd olunub.
O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Jelezniçar" (Pançevo, Serbiya) - "Braqa" (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 22-də, Pançevo şəhərində yerləşən "Mladost" stadionunda baş tutacaq.