UEFA Musa Qurbanlının fotosunu paylaşdı

12:25 23.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Avropa Liqasının rəsmi tviter səhifəsi Ağdamın “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlının fotosunu paylaşıb.

 

Hafta.az xəbər verir ki, futbolçunun “Zirə” ilə oyunda vurduğu qoldan sonra etdiyi hərəkəti əks etdirən fotoya “Qarabağ” = beynəlxalq fasilədə liqanın zirvəsi” başlığı verilib.

 

Xatırladaq ki, “Qarabağ”ın futbolçusu M.Qurbanlı “Zirə”yə 7:1 hesabı ilə qalib gəldikləri görüşdə 4 qol vurub.

Oxunma sayı 1458