Ukrayna Silahlı Qüvvələrinin Baş Komandan general Aleksandr Sırski Ukraynanın Sumı vilayəti və Rusiya Federasiyasının Kursk vilayətində fəaliyyət göstərən hərbi hissə və hissələrə baş çəkib və görülən işlər barədə məlumat verib.
Hafta.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu haqda general Sırski telegram-kanalda məlumat yayıb.
“Düşmənin bütün təşəbbüsü ələ keçirmək cəhdlərinə baxmayaraq, mən birbaşa briqada komandanlıq məntəqələrində iş apardım, onların gələcək fəaliyyətləri ilə bağlı təkliflərini dinlədim, problemli məsələlərin həlli üçün köməklik göstərdim.Vəziyyətin qiymətləndirilməsini nəzərə alaraq, düşmənin hərəkətlərinin qarşısını almaq və ona maksimum itki vermək məqsədi ilə bir sıra qərarlar qəbul etdim”-deyə Baş Komandan bildirib.