Ukrayna çempionatı gizli keçirilə bilər

11:52 07.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna çempionatının yeni mövsümünün oyunları gizli keçirilə bilər.

Hafta.az xəbər verir ki, bu barədə  jurnalist İqor Tsıqanik "YouTube" kanalında bildirib:  “Fövqəladə Hallar Nazirliyi terror aktı təhlükəsi ilə əlaqədar oyunların başlanmasını və harada keçiriləcəyini açıqlamamağı xahiş edib. Suallar çoxdur. İndi biz təqvimi tələb edə bilərik  Amma biz heç vaxt onunla tanışa ola bilməyəcəyik. Bəlkə də onu son anda görəcəyik".

Ukrayna çempionatının yeni mövsümü avqustun 23-də başlayır. "Şaxtyor"un yeni mövsümün açılış matçında çıxış edəcəyi bildirilirdi. Hazırda Donetsk klubunun rəqibi bəlli deyil. Bu qarşılaşmanın Kiyevdəki “Olimpik” stadionunda keçiriləcəyi güman edilir.

Ukrayna Premyer Liqasında ötən mövsüm müharibə səbəbindən vaxtından əvvəl başa çatıb və "Şaxtyor" qalib elan edilib.

Oxunma sayı 126