Ukraynanın baş prokuroru İrina Venediktova bazar ertəsi Donbass sakinlərinin Rusiya Federasiyasına "qanunsuz təxliyəsi", həmçinin özünün "müstəqilliyini" elan edən DXR və LPR-dəki səfərbərliklə bağlı təhqiqata başlandığını açıqlayıb. Hafta.az Ukrayna mediasına istinadla bildirir.
“Ukraynanın müvəqqəti nəzarətində olmayan Donetsk və Luqansk vilayətlərindəki işğal administrasiyaları son günlər əhalini qanunsuz olaraq Rusiya Federasiyasına köçürür, kişilər isə əksinə, buraxılmır, onları soyğunçuların sıralarına qoşulmağa məcbur edirlər. Bu faktlara görə, Luqansk və Donetsk vilayət prokurorluğu artıq müharibə qanunlarını və adətlərini pozduğuna görə cinayət işi açıb (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi). ”, - Venediktova Facebook-da yazıb.
Onun sözlərinə görə, heç bir əsası olmayan qondarma evakuasiya adı altında faktiki olaraq “Ukrayna vətəndaşlarının Rusiya Federasiyasının ərazisinə deportasiyası” həyata keçirilir.