Yazını böyüt
Yazını kiçilt
Ukrayna Silahlı Qüvvələri Tokmak şəhərinə 11 nəfərin öldüyü hücumlarda ilk dəfə olaraq NATO-nun GLSDB bombalarından istifadə edib.
Hafta.az-ın yazdığına görə, Boeing və Saab Group tərəfindən hazırlanmış ağıllı bombalar HIMARS sistemlərindən buraxılır. Ukraynanın Tokmaka qarşı hücumlarda bu bombaları ilk dəfə istifadə etdiyi təsdiqlənib.
Ukrayna ordusu aprelin 12-də Rusiyanın nəzarətində olan Tokmak şəhərinə böyük hücuma keçib. Çoxlu yaşayış binaları dağıdılıb. Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski aralarında uşaqların da olduğu 11 nəfərin öldüyünü açıqlayıb.