Ukraynalı tərtibatçılar döyüş zamanı bir-biri ilə “danışa bilən” və bir komanda şəklində “sürüdə” döyüşə bilən dronlar yaradırlar.
Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, Ukrayna tərtibatçılarından biri Sergey Krupienkonun “The Times”-a çatdırdığı məlumata görə, onun şirkəti tezliklə yeni, əvvəllər görünməmiş bir PUA modeli - bir-biri ilə qarşılıqlı əlaqə qura və tankları partlatmağa, həm də düşmən içərisində casusluq etməyə qadir olan yeddi pilotsuz təyyarədən ibarət süni şəkildə yaradılmış "dəstənı ön plana çıxaracaq.
"Bu, illər əvvəl bir fabrikdə buxar mühərrikinin peyda olmasına bərabərdir. Bizim əsas vəzifəmiz insanları deyil, robotları döyüşdürməkdir",- deyib mühəndis.
Tərtibatçının fikrincə, belə robotlar bir-biri ilə ünsiyyət qura, onlardan hansının hücum etdiyi, kimin məlumat topladığı barədə qərar qəbul edə biləcək və onlar bunu istənilən insandan daha sürətli edəcəklər.
Rəqəmsal Transformasiya Nazirinin müavini Aleksey Bornyakovun qeyd etdiyi kimi, o, münaqişənin gələcəyini “dron müharibəsində” görür.
O, təsdiqləyib ki, Ukrayna Kuprienkodan başqa ən azı bir başqa şirkətlə "dəstə" texnologiyasını sınaqdan keçirir.
Bununla belə, o, Ukraynanın qatil maşınlarının "tam avtonom olmasına icazə verməyəcəyini" deyib və əlavə edib: "İnsan hədəfi təsdiqləməlidir".
Eyni zamanda, mühəndis etiraf edir ki, “texniki cəhətdən onlar [dronlar] bunu özləri edə bilərlər”.
O, pulemyotla təchiz edilmiş pilotsuz uçan aparatı təsvir edir ki, bu da yalnız ruslara “geydikləri forma əsasında” atəş açmaq üçün proqramlaşdırıla bilər.
Lakin Bornyakovun sözlərinə görə, bu, “etik səbəblərdən və təhlükəsizlik baxımından” edilmir.
Həmçinin, o, dronların yalnız düşmənin olduğu dəqiq müəyyən edilmiş ərazidə “öldürmək üçün atəş aça biləcəyini” söyləyib.
"ABŞ eksperti Sinqer hesab edir ki, Ukrayna artıq süni intellektə insan müdaxiləsi olmadan hədəfləri məhv etməyə icazə vermiş ola bilər. Ekspert ABŞ-ın ən son pilotsuz uçan aparat sisteminin istifadəsinə istinad edir ki, o, düşmən maşınlarını hətta kamuflyajlı olsa belə, müəyyən edə və onların koordinatlarını onları məhv etmək üçün avtomatik olaraq işə salınan digər dronlara ötürə bilir”, - “The Times” belə yazır.