Ukrayna klubu Rusiyaya görə bu şirkətlə əməkdaşlığı dayandırdı

15:10 04.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın "Karpatı" klubu texniki tərəfdaşı Joma ilə əməkdaşlığı dayandırıb.

Hafta.az xəbər verir ki, bu barədə klubun rəsmi sayt məlumat yayıb.

Klubun yaydığı açıqlamada bildirilib: “Bu qərarın səbəbi Jomanın Rusiya bazarında fəaliyyətini dayandırmaq üçün dəqiq mövqeyinin olmaması idi. Bir neçə ay ərzində klub potensial tərəfdaşları ilə danışdı  və fevral ayında ən optimal təkliflə çıxış edən Nike ilə ortaqlığa qərar verdi. Texniki tərəfdaş seçərkən meyarlardan biri Nikenin Rusiya bazarından tamamilə çıxması idi".

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın “Zenit" klubu İspaniyanın Joma brendindən yeni formalarını təqdim etmişdi.