çıxır
Ukrayna Müstəqil Dövlətlər Birliyini (MDB)ni tərk edir.
Hafta.az "İnterfax"a istinadən yazır ki, bu barədə Ukrayna Ali Radasının deputatı Svetlana Zalişçuk məlumat verib. Xanım millət vəkili artıq bu istiqamətdə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi ipresudura start verdiyini qeyd edib. Hətta rəsmi Kiyevin Moskva ilə çoxillik dostluq əlaqələrini də nəzərdən keçirəcəyi deyilir.
Svetlana Zalişçuk bildirib ki, xarici işlər naziri Pavel Klimkin MDB-dən çıxmaq barədə hazırlanan sənədi yaxın günlərdə Ukrayna prezidenti Pyotr Poroşenkoya təqdim edəcək. Son qərarı isə, təbii ki, dövlət başçısı verəcək. MDB-nin İcraiyyə Komitəsindən hələlik, bu yönümdə Kiyevdən hər hansı sənəd almadıqlarını deyiblər.
Qeyd edək ki, Ukrayna MDB-nin üzvü olsa da, bir çox məsələlərdə anlaşmalarını Ali Rada hələ də ratifikasiya eləməyib.
İki ölkə arasında dostluq əlaqələrinə gəldikdə, Ukrayna ilə Rusiya arasında bu müstəvidə müqavilə 1997-ci il mayın 31-də imzalanıb və 1999-cu il aprelin 1-də qüvvəyə minib. Saziş 10 illik müddətə bağlansa da, 2009-cu ildə müdəti yenidən uzadılıb. Amma Krımın ilhaqı və Şərqi Ukraynada separatçı bölgənin yaradılması iki ölkə arasında münasibətləri kəskin pisləşdirib.