Yazını böyüt
Yazını kiçilt
Türkiyə diplomatiyaya şans veriləcəyi təqdirdə Ukraynadakı vəziyyətin danışıqlar yolu ilə həllini real hesab edir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT ölkələrinin diplomatik idarə rəhbərlərinin iclasında çıxışı zamanı deyib.
“Diplomatiyaya şans verilsə, danışıqlar yolu ilə həll mümkündür. Təbii ki, bu, Ukrayna üçün ədalətli sülh olmalıdır”, - Türkiyə XİN rəhbəri hesab edir.
Çavuşoğlunun sözlərinə görə, Türkiyə "ATƏT-i fəal şəkildə dəstəkləməyə davam edəcək, çünki bu qədər əhatəli başqa platforma yoxdur". O, həmçinin ATƏT-in bütün üzvləri arasında konsensus əldə etmək üçün Ankaranın təşəbbüslərini dəstəkləyən polşalı həmkarlarına təşəkkür edib.