Ukrayna döyüşçüləri Donetsk vilayətinin strateji Liman şəhəri yaxınlığında Yampol şəhərini azad ediblər.
Hafta.az bu haqda “Ukrainskaya pravda”ya(“UP”) istinadla məlumat yayıb.
İnformasiyanı "DeepState" döyüş xəritəsini idarə edən analitiklərin istinad etdiyi video, Donetsk separatçı yaraqlılarının lideri Denis Puşilinin son açıqlaması və "UP"-nin kəşfiyyatdakı mənbələri təsdiqləyir.
İnternetdə yayılan videoda ukraynalı əsgər Yampol təhsil kompleksinin yaxınlığında "Yampol bizimdir!" deyə hayqırır.
Eyni zamanda, Rusiya hərbi təbliğatçıları kütləvi şəkildə rus qoşunlarının "Yampolu tərk etdikləri" barədə məlumat veriblər.
Separatçı lider D.Puşilin həmçinin bildirib ki, yaraqlılar Yampola nəzarəti itiriblər.
"İndi Krasnı Liman yarımmühasirədədir, Svatovodan gələn yol bizim nəzarətimizdədir, lakin vaxtaşırı atəş altındadır Yampol və Drobışevo tamamilə bizim nəzarətimizdə deyil" -deyə separatçı əlavə edib.