“Ukrayna ordusu Krımı cəmi 3 həftəyə azad edə bilər...”- Hərbi ekspert

23:13 05.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Krımdakı Rusiya qoşunları aktiv şəkildə xəndəklər qazır və Ukrayna Silahlı Qüvvələrinin yarımadaya dəniz desantı yeridəcəyindən  çox qorxurlar. Lakin ekspert Oleq Jdanovun fikrincə, ruslar özləri təslim olacaqlar.

 

"Ukraynalı müdafiəçilər Krımda rusların səngərlərinə “tər və qanla” basqın etməyə məcbur olmayacaqlar. Ukrayna Silahlı Qüvvələrinə yalnız uzaqmənzilli silahlarla atəş gücü lazımdır və bunun nəticəsində Rusiya qoşunları özləri ağ bayraq qaldıracaqlar".

 

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu fikri hərbi ekspert Oleq Jdanov deyib.

 

“Uzaqmənzilli silahların mövcud olarsa, körpü 150-300 kilometr mənzilli uzaqmənzilli sistemlərdən atəşlə bağlanır, bərə keçidi bağlanır və hərbi təchizatın: sursat,  yanacaq-sürtkü materialları anbarları, hərbi hissələr, texnika və silahların toplusunun sistemli şəkildə məhv edilməsinə başlanır.  3-4 həftəlik belə atəşdən sonra Rusiya qoşunlarının Krımı müdafiə etmək üçün heç bir şeyi qalmayacaq”, - deyə ekspert əminliyini ifadə edib.

 

Jdanovun fikrincə, ruslar əməliyyat mühasirəsinə düşəcək və gec-tez özləri “ağ bayraq atacaqlar”.

 

Xatırladılır ki, Rusiya işğalçıları müvəqqəti işğal olunmuş Krım yarımadasındakı Yevpatoriya kurort şəhəri ətrafında  bütün sahil boyu xəndəklər qazmağa başlayıblar. Yerli sakinlər Rusiya hərbçilərinin qarşıdan gələn istirahət mövsümünü pozmasından şikayətlənirlər.