Ukrayna ordusu Rusiyanın daha bir sərhəd sahəsini yardı

14:29 23.09.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələri Hava Desant Qüvvələrinin Polesye 95-ci əlahiddə desant-hücum briqadasının müdafiəçiləri Rusiya sərhədində uğurlu irəliləyiş əldə ediblər.

Hafta.az  “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava-Desant Hücum Qüvvələri komandanlığının kommunikasiya şöbəsi məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələri Hava Desant Qüvvələrinin  Polesye 95-ci əlahiddə hava desant-hücum briqadasının bölmələri Rusiya Federasiyasının Kursk vilayətindəki sərhədinin sahələrindən birini yarıblar", - məlumatda deyilir.

Hərbçilər həmçinin mühəndis maneələrində keçidlər yaratdıqlarını və düşmən ərazisində döyüşləri necə apardıqlarını göstərən video yayımlayıblar. Döyüşçülər sərhəd həmləsinin məhz harada baş verdiyini açıqlamayıblar.