Ukrayna PUA-ları “Oreşnik”in buraxıldığı poliqona hücum etdi

17:54 05.12.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynaya məxsus pilotsuz uçan aparat Rusiyanın Həştərxan vilayətində yerləşən “Kapustin Yar” hərbi poliqonuna hücum edib. Məhz oradan işğalçılar Dnepr şəhərinə "Oreşnik" raketini buraxmışdılar.

Hafta.az xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

“Ukraynaya məxsus pilotsuz uçan aparat Həştərxan vilayətindəki Kapustin Yar poliqonuna - yeni “Oreşnik” orta mənzilli raketinin Dnepropetrovska atıldığı yerə hücum etməyə cəhd edib”, - Kremlə sadiq telegram- kanallarından biri belə yazır.

Yerli hava hücumundan müdafiə sisteminin pilotsuz təyyarəni ərazinin girişindən bir neçə metr aralıda vurduğu iddia edilir. Nəticədə “partlayış dalğası” darvazanı zədələyib.

Xatırladılır ki, noyabrın 2-də səhər saatlarında rus işğalçıları ilk dəfə Ukrayna ərazisində əvvəllər bu müharibədə istifadə olunmayan raket növündən istifadə ediblər. Müxtəlif ekspertlərin fikrincə, bu, ya qitələrarası ballistik raket, ya da orta mənzilli raket olub.

Həştərxan yaxınlığındakı "Kapustin Yar" poliqonundan Dneprə 800 km məsafə qət edərək raket hər biri ayrı-ayrılıqda yerə düşən bir neçə döyüş başlığı atıb. Lakin bu zərbə heç bir ciddi ziyana səbəb olmayıb. Nəhayət, məlum olub ki, nüvə zərbələri endirmək üçün nəzərdə tutulan raket kinetik döyüş başlığı ilə təchiz edilib. Sadə dillə desək, raket Dnepr üzərinə partlayıcı maddələrin əvəzinə bir neçə metal parçası atıb və bu, böyük hündürlükdən düşən hər hansı digər obyekt kimi məhdud yerli ziyana səbəb olub.