Yazını böyüt
Yazını kiçilt
ABŞ və İran arasında mümkün razılaşmanın əldə olunması bir həftədən bir neçə aya qədər vaxt apara bilər.
Hafta.az xəbər verir ki, bu fikri ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens “CBS News”a müsahibəsində səsləndirib. Onun sözlərinə görə, tərəflər razılığa qısa müddətdə də gələ bilər, lakin proses bir neçə ay da davam edə bilər.
Vitse-prezident bildirib ki, Vaşinqton həm iqtisadi baxımdan faydalı, həm də İranın nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldıracaq razılaşmanın əldə olunmasını mümkün hesab edir. O, ABŞ-nin Tehranla uzunmüddətli saziş imzalamağa ümid etdiyini və bu məqsədə yaxın olduqlarını, lakin hələ görüləsi işlərin qaldığını vurğulayıb.