Ukrayna və Azərbaycanın döyüş sahəsində böyük təcrübəsi var - Rəy

14:19 28.04.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri dünya arenasında maraqla izləndi".

Bunu Hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O, qeyd edib ki, Azərbaycanla Ukrayna arasında siyasi-iqtisadi, təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir, Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu ölkəyə daima humanitar yardımlar göstərir.

“Azərbaycan və Ukrayna daima bir-birinə dəstək olub və bundan sonra da qarşılıqlı dəstək olacaq. Ukraynanın və Azərbaycanın döyüş sahəsində böyük təcrübəsi var. Məhz Azərbaycan PUA-lardan müdafiə olunmaq üçün Ukraynanın təcrübəsindən istifadə edə bilər. Ukraynanın yeni anti -dronlar tətbiq etməklə, Rusiyanın ŞAHED pualarına qarşı uğurlu şəkildə tətbiq edir. Ukrayna Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin PUA- lardan müdafiəsi üçün öz hərbi təlimatçıları ilə təlim keçir. Azərbaycan Ukrayna ilə bu sahədə əməkdaşlıq etməsi mümkündür”- deyə, ekspert bildirib.

M.Əsədullazadə qeyd edib ki, Ukrayna Rusiyaya qarşı kifayət qədər hərbi mövqeyini gücləndirib. Ölkənin güclü və inkişaf etmiş müdafiə sənayesi sistemi qurulub. Bu ölkə müdafiədən hücuma keçərək, güclü olduğunu ortaya qoyur:

“Ukrayna keçmiş post-sovet məkanının kilid ölkəsidir. Bu ölkənin təhlükəsizliyi həm Cənubi Qafqaz, həm də Avropa üçün mühüm strateji əhəmiyyət kəsb edir. Rusiya Ukraynada qalib gələrsə, Avropa və post-sovet məkanına təzyiqləri artıracaq. Ona görə də Ukraynanın güclü olması və bütün ölkələr tərəfindən dəstəklənməsi geosiyasi təhlükəsizliyin təmininə çevrilib”.