Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Co Bayden televiziya ilə çıxışı zamanı deyib ki, Ukrayna silahlı qüvvələri yeni əks-hücum əməliyyatına hazırlaşır, CNN xəbər verir.
“Yaz yaxınlaşdıqca Ukrayna qüvvələri tutduqları ərazinin təhlükəsizliyini təmin etməyə çalışır və əlavə əks-hücumlara hazırlaşır. Ərazilərini azad etmək üçün onlar çox qısa müddətdə inkişaf edən Rusiya döyüş taktikasına və strategiyasına qarşı çıxa bilməlidirlər”, - deyə Bayden bildirib.