Ukraynadakı şirkətlər Rusiya müharibəsi səbəbindən kadr çatışmazlığı yaşayarkən, məcburi hərbi xidmətdən azad edilməsi haqqında qanun layihəsi ölkəni iki yerə böldü.
Hafta.az-ın “Financial Times”a istinadən yazdığına görə, “əsəgərə ehtiyacı olan ordu iqtisadiyyatı ayaqda saxlamaq istəyən şirkətlərlə qarşı-qarşıyadır".
Xəbərdə Ukraynanın polad boru istehsalçısı "İnterpipe"də cəbhəyə çağırılan adamlar səbəbindən ən azı min nəfərlik kadr çatışmazlığı olduğuna diqqət çəkilir.
Ukrayna şirkətləri ölkənin iqtisadi strukturunun əsasını təşkil edən müəyyən sektorlarda çalışan işçilərin işə götürülməməsini tələb edir. Bəzi işçilərin səhər saatlarında avtobusla işə gedərkən zabitlər tərəfindən saxlanaraq orduya aparıldığı da iddia olunur.
Ukraynanın bəzi iri şirkətləri siyasətçilərlə birlikdə Kiyev hökumətinə iki təklif hazırlayıb Parlamentə təqdim ediblər. Birinci qanun layihəsinə görə, şirkətlər işçilərini məcburi hərbi xidmətdən qorumaq üçün hər işçiyə ayda təxminən 20 min Ukrayna Qrivnası (təxminən 830 manat) ödəməyi təklif edir.
İkinci qanun layihəsində 36500 Ukrayna Qrivnasından (təxminən 1515 manat) yuxarı maaş alan bütün ukraynalı kişilərin hərbi xidmətdən azad edilməsi təklif edilir.
Hakim “Xalqın Xidmətçisi” Partiyasından Dmitri Nataluxa FT-yə deyib ki, “1 milyon insanı işə götürsən belə, onları təchiz etmək üçün resursların yoxdursa, müharibəyə gedə bilməzsən”. Kiyev administrasiyası bu ilin sonuna kimi 500 min nəfəri işə götürməyi planlaşdırır.
Qanun layihələrini hazırlayanlar arasında olan parlamentin iqtisadi məsələlər komitəsinin sədri, 2022-ci ildə Rusiyanın işğalı ilə başlayan müharibədən bu yana Ukraynada işçi qüvvəsinin 10-20 faizinin məcburi hərbi xidmət və miqrasiya səbəbindən itirildiyini bildirir.
Nataluxa onu da deyir ki, təqribən 800 min kişi məcburi hərbi xidmətdən yayınmaq üçün ünvanlarını dəyişdirərək və nağd şəkildə ödənilə biləcək işlərə gedərək “yeraltına” giriblər.
Şirkətlər adından lobbiçilik fəaliyyəti ilə məşğul olan Ukraynada yerləşən Avropa Müəssisələri Assosiasiyasından Anna Derevyanko qanun layihəsinin ayrı-seçkilik yaradacağını müdafiə edir və belə şərhlər verir: “İmkanı olanlar pulu ilə bu işdən çıxacaqlar. Beləliklə, başlanğıca qayıdırıq: kasıblar əsgərliyə gedirsə, imkanı olanlar getmir”.