Yazını böyüt
Yazını kiçilt
Oleq və Nikita Xomyuklar Donetsk bölgəsinin Baxmut şəhəri uğrunda gedən ağır döyüşlərdə həlak olub. Ata və oğul genişmiqyaslı hücumunun ilk günlərində Ukraynanın müdafiəsinə yollanıb.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu haqda "Facebook"-da həlak olanların qardaşı və əmisi Yuri Samson paylaşım edib.
Samson Ukraynanın qəhrəmanları ilə Nikolaev bölgəsində çəkilmiş son ümumi fotoşəkli təqdim edərək belə yazıb:
"Bu gün müharibə çox ağrılı və məkrli bir şəkildə ailəmizə zərbə vurdu. Doğma torpağımızı müdafiə edən zaman mənim doğma qardaşım Oleq Xomyuk və qardaşım oğlu Nikita Xomyuk eyni səngərdə və eyni vaxtda həlak olublar”.