Yazını böyüt
Yazını kiçilt
Bu gün səhər saatlarında Ukraynanın bir sıra şəhərlərində, o cümlədən paytaxt Kiyevdə partlayışlar baş verib.
Hafta.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kramatorskda 4 partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayışlar baş verib, Donbassda isə intensiv atışma gedir.
Paytaxtda da partlayış səsləri eşidilir, bunu Poznyakov və Troyeşçina sakinləri bildirib. Borispol hava limanı ərazisində partlayışlar və atışmaların olduğu bildirilir.