Ukraynadakı müharibəni durdurmağın Amerika variantı… - “The National Interest”

17:44 04.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sanksiyaların ləğvi müqabilində Rusiya silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması Ukraynadakı münaqişəyə son qoymağın ideal yolu olardı.

Hafta.az xəbər verir ki, bu barədə Amerikanın “The National Interest” jurnalı məlumat yayıb.

Müəllif qeyd edir ki, belə bir ssenaridə Ukrayna qalib gələcək, Rusiya isə öz enerji resurslarını Avropaya sata biləcək.

Bundan əlavə, Ukrayna hakimiyyəti Rusiya qoşunlarının Rusiya-Ukrayna sərhədindən azı 250 kilometr məsafəyədək uzaqlaşdırılması, eləcə də qoşunların Belarus və Dnestryanı ərazilərdən çıxarılması müqabilində NATO-ya qoşulmamağa söz verə bilər.