Ukraynadan sülh ümidlərini yox edən bəyanat - ZELENSKİ AÇIQLADI

16:11 05.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hazırkı şərtlərdə Rusiya ilə danışıqların çox çətin olduğunu bildirən Zelenski, “Rusiya prezidenti Putinlə görüş baş tutmaya bilər” deyib. Rusiya blokadasında olan Mariupoldan danışan Zelenski, "Türkiyə şəhərdəki yaralıların çıxarılması üçün təşəbbüsə başlayıb, lakin bu, Putinə bağlıdır" deyib.

Hafta.az bildirir ki, Rusiya-Ukrayna müharibəsi tam sürətlə davam edərkən, sülh ümidini azaldan bir bəyanat Kiyevdən gəlib.

Ukrayna lideri Zelenski “Putinlə mənim aramızda görüş olmaya bilər” deyib. Ölkə mətbuatına açıqlama verən Zelenski, "Mövcud şərtlərdə Rusiya ilə danışıqlar aparmaq çox çətindir, amma başqa seçimim yoxdur" deyib.

Buçada dünyanı şoka salan görüntülərdən danışan Zelenski, "Mümkün hərbi cinayətləri araşdıracağıq və digər ölkələri də bu prosesə cəlb edəcəyik" bildirib.

Rusiya blokadasında olan Mariupoldan danışan Zelenski, "Türkiyə şəhərdəki yaralıların çıxarılması üçün təşəbbüsə başlayıb, lakin bu, Putinə bağlıdır" deyib.

Rusiya ilə danışıqların videokonfrans formatında davam etdiyini deyən Ukrayna lideri Buçadakı qətliamın günahkarlarının tapılıb cəzalandırılması üçün lazım olan hər şeyi edəcəklərini vurğulayıb.