Ukraynada gərgin vəziyyət pik həddinə çatıb. İri şəhərlərə Rusiya hərbi qüvvələri tərəfindən aramsız raket və artilleriya zərbələrinin endirilməsi nəticəsində yüzlərlə dinc sakin həlak olub. Bir çox dövlətlər öz vətəndaşlarının Ukraynadan təxliyyəsini həyata keçirməyə başlayıb. Azərbaycan da istisna deyil. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlar açıqlanıb.
"Vətəndaşlarımızın Ukraynadan təxliyyəsi ilə bağlı həyata keçirilən tədbirlər qənaətbəxş deyil. Hər nə qədər də insanlarımızın Ukrayna ilə sərhəddə olan dövlətlərə sərbəst girişi iə bağlı müvafiq razılaşmalar olsa da, görünən odur ki, proses heç də lazım olan səviyyədə icra edilə bilmir".
Bunu hafta.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. Politoloqun fikrincə, Ukraynadakıı soydaşlarımız Moldova, Polşa, Slovakiya, Macarıstan, habelə Rumıniya ərazisinə keçmək üçün indi olduğu şəhərlərdən, sığınacaqlardan, metro tunellərindən və ya evlərdən çıxıb həmin sərhədlərə qədər yolu özbaşına qət etməlidir:
"Hər tərəfdən güllə və bomba yağdığı bir zamanda isə bunu etmək mümlün deyil. Səfirliyimiz isə özünü əziyyətə vermək istəmir. Həmin insanların rahat şəlidə çıxışını təmin etmək üçün dərhal Rusiya ilə müvafiq danışıqlar aparılmalıdır. Səfirik rus hərbi birləşmələrinin rəhbərliyi ilə müvafiy danışıqlara girməli və yerləşdiyi ərazilər məlum olan vətəndaşlarımızın sərbəst çıxışını təmin etmək üçün mügnngt saatlarda dəhlizin açılmasına nail olmalıdır.
Hələ müharibədən bir neçə gün əvvəl ayrı-ayrı ölkələr öz vətəndaşlarına Ukrayna ərazisini tərk etməklə bağlı çağırışlar etsə də, rəsmi Bakı nədənsə susdu və bu cür xəbərdarlıqlarla çıxış etmədi. Bu da nəticə etibarilə insanımızın hazırlıqsız yaxalanmasına səbəb oldu".
R.Bayramov bildirib ki, problem bununla da bitmir: "Digər bir problem də müxtəlif yollarla yuxarıda adını çəkdiyim ölkələrin ərazisinə gedib-çatmış insanlarımızın indi həmin ölkələrdən Azərbaycana gətirilməsinin təmin edilməsi ilə bağlı ortaya çıxıb. Həmin insanların sayı minlərlə olsa da, bu günə qədər Azərbaycana cəmi 510 nəfərin təxliyyəsi həyata keçirilib."