Ukraynanın bir PUA zərbəsi Rusiyanın 20 min sakinini işıqsız qoydu

14:58 18.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Novorossiyskdə Kirillovskaya yarımstansiyası yanır. Şəhərdə 20 mindən çox rus işıqsız qalıb.

Hafta.az xəbər verir ki, “UNİAN”-ın yaydığı informasiyaya görə, yanğın barədə yerli mediaya şəhərin meri Andrey Kravçenko məlumat çatdırıb.

Yanğının səbəbinin müəyyən edilmədiyi bildirilir. Yerli sakinlər gecələr dronların səslərini eşitdiklərini bildiriblər. Məlumat dəqiqləşdirilir.

Yanğın nəticəsində Novorossiyskdə 20 mindən çox sakin işıqsız qalıb. İndi mütəxəssislər bunun aradan qaldırılması üzərində işləyirlər.

Eyni zamanda yerli publisistlər yanğından əvvəl şəhərdə pilotsuz təyyarələrin səsini eşitdiklərini yazır. Çox güman ki, hücum olub. Hadisə yerindən çəkilən kadrlarda yanğının irimiqyaslı olduğu görünür.

Xatırladılır ki, mayın 16-na keçən gecə də Novorossiyskdə güclü partlayış səsləri eşidilib, sonradan dronların güclü hücumu olduğu barədə məlumatlar ortaya çıxıb. İnternetdə məlumat yayılıb ki, Novorossiysk ən azı 30 pilotsuz uçan aparat tərəfindən hücuma məruz qalıb, xüsusən də “Qazprom” MMC-nin ərazisindəki neft və mazut terminalı və “NTPM” MMC-nin mazut terminalı ərazisində yerləşən iki yanacaq çəni vurularaq sıradan çıxarılıb.

Oxunma sayı 80