UNEC-də magistraturaya sənəd qəbulu onlayn aparılacaq

17:55 04.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UNEC-də magistraturaya qəbul olan bakalavrların sənəd qəbulu 9 iyul tarixindən 18 iyuladək elektron qaydada aparılacaq.

Bu barədə hafta.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, magistraturaya qəbul olanlar sənədlərini UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla, kabinet.unec.edu.az bölməsinə yükləməlidirlər.

Bundan əlavə, bakalavrlar portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər. Portal.edu.az-dan qeydiyyat keçməyənlər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Sənəd qəbulu barədə ətraflı məlumat UNEC-in rəsmi səhifəsinin elanlar bölməsində yerləşdirilib.