Uşaqlara siqaret satan mağaza cərimələndi

14:47 05.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması aşkar edilib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbir nəticəsində bir mağazada satıcının yetkinlik yaşına çatmayana tütün məmulatları satması aşkar edilib.

 

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxunma sayı 437