Uşaqların yediyi şirniyyatda narkotik skandalı - Heroindən 50 dəfə güclü

17:02 14.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tərkibində heroindən 50 dəfə güclü dərman olan jelibom yeyən 7 ibtidai sinif şagirdi xəstəxanaya yerləşdirilib. ABŞ-ın Virciniya əyalətində meydana gələn hadisədə ibtidai məktəb uşaqları birdən ürəkbulanma, qusma, baş ağrısı, əzələ spazmı kimi şikayətlər göstərməyə başlayıb.

Semptomlar yaşanmadan əvvəl jelebom yeyən uşaqlar, allergik reaksiya əlamətlərindən sonra ilk olaraq məktəb tibb bacısına müraciət ediblər. Lakin vəziyyətləri pisləşdiyindən onları tez bir zamanda təcili yardım otağına aparıblar.

Amherst qraflığının şerif ofisindən leytenant Dallas Hillin dediyinə görə, saqqızlar və onların qablaşdırması narkotik sınaqları üçün təqdim edilib. Nəticələrin ölümcül bir dərman olan fentanil olduğu ortaya çıxıb.

Təhlükəsizlik qüvvələri jele gətirən uşağın konfetləri yediyi üçün hadisənin qəsdən baş verdiyini düşünür. İstintaq çərçivəsində çərşənbə axşamı ərazidəki evdə axtarış aparılıb. Çərşənbə günü polisin yaydığı bəyanatda iki nəfərin həbs edildiyi bildirilib.

Bundan əlavə, həbs edilən şəxslərin kimliyi də açıqlanıb. Müvafiq olaraq, şübhəlilərin əvvəllər məhkum olunmuş Klifford Duqan və Nikol Sanders olduğu bildirilib. Hər iki şəxs uşaq istismarında ittiham olunur. Digər tərəfdən, Duqan həmçinin silah saxlama, Sanders isə narkotik saxlamaq ittihamı ilə üzləşəcək.