Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Burdur vilayətinin Kozluca kəndində yaşayan 63 yaşlı Şərəf Dənizin sağ ayağı diz qapağı nahiyəsindən üzərinə inək düşməsi nəticəsində sınıb.
Hafta.az xəbər verir ki, inəyi axırdan kəsmək üçün çıxaran Şərəf Dəniz inəyi traktora bağlamaq istəyərkən heyvan tullanmağa başlayıb. Nəticədə heyvan onun üstünə yıxılıb. Ağrılar içində qalan kişini yaxınları xəstəxanaya çatdırıb. İllərdir qurban kəsdiyini deyən Şərəf başına ilk dəfədir ki, belə bir hadisənin gəldiyini deyib.