Kişi ilə qadın arasındakı münasibətlərin dostluq üzərində qurulması həmişə müzakirə və mübahisələrə səbəb olub.
Hafta.az olaraq, bu səbəbdən də dünyada tanınan bir neçə ulduz dostlar arasında sevgidən başqa münasibətlərin də ola biləcəyinə missal göstəririk:

Castin Biber və Billi Eiliş
Billi Eiliş, vaxtilə Castin Biber hələ məşhurlaşmadığı vaxtlarda onun böyük pərəstişkarı olub. Billi dünyaya tanındıqdan sonra onun uşaqlıq kumiri Castin əsl mentor və dost oldu: “Ona böyük hörmətim var. O, mənə çox şeydə kömək edir. Məsələn, Castin mənə ulduzluqdan xəstələnməməyi və şöhrəti düzgün qəbul etməyi öyrətdi. Onunla tez-tez telefonla əlaqə saxlayırıq. Onun motivasiyaedici sözləri məni kədərli günlərimdə həyata qaytarır", - Billi Eiliş deyir.
Əslində Biber özü də həmişə deyir ki, bu dostluq onun üçün çox şey deməkdir.

Rayan Reynolds və Sandra Bullok
2009-cu ildə Sandra Bullok və Rayan Reynoldsun rol aldığı "Təklif" filmi nümayiş olundu. Bir çox pərəstişkarları filmdə sevgililər rolunu inandırıcı şəkildə canlandıran aktyorların həyatda ideal cütlük olacağına əmin idilər. Amma həmin il bu iki ortaq aktyor dost olublar. Sandra və Rayanın dostluğu həyat yoldaşları boşandıqdan sonra daha da möhkəm olaraq qalıb.
"Ryan mənim üçün sadəcə əla dostdur, biz on ildən artıqdır ki, bacı qardaşıq", - Bullok.deyib.

Kendall Cenner və Fey Hadra
Sosial şəbəkələrdə Kendall Cenner təkcə bacıları ilə deyil, həm də yaxın dostu Fey Hadra ilə çəkdirdiyi yaddaqalan şəkilləri paylaşır. İkili tez-tez müxtəlif ictimai tədbirlərdə iştirak edirlər. Məsələn, Kendall dostu Fey ilə Heyli və Castin Biberin toyunda iştirak edib.

Ed Şiran və Teylor Svift
Telorla Ed arasında 2012-ci ildə ortaq layihə ilə başlayan münasibət hələ də güclüdür. Yaradıcı fikirlər haqqında söhbət etməyi, bir yerdə əylənməyi sevən məşhurlar başqalarının onların dostluğuna niyə etibar etmədiyini düşünürlər. Onlar nəinki bir-birlərinin konsertlərində çıxış edirlər, hətta yaradıcılıq məsələlərinə də birlikdə yanaşırlar. Ed Şiran bir neçə il əvvəl Teylorun Neşvildəki evinin yaxınlığında bir ranço alıb.
“Teylorla müxtəlif mövzularda uzun və mənalı söhbət edə bilərik. Deyə bilərəm ki, mən Teylorun nə istədiyini anlayan azsaylı insanlardan biriyəm” deyir Ed.

Zendaya və Timoti Şalame
“Dune” filmindən əlavə, bu iki məşhuru beş illik möhkəm dostluq bağlayır. Timoti dəfələrlə etiraf edib ki, həmkarı ona bir çox şəxsi və məişət işlərində kömək edib. Məsələn, Zendaya Timotiyə Manhettenin mərkəzində bir mənzil verib.
Şalame deyir: “Mən Zendayanı bacım kimi qəbul edirəm, onu ən yaxşı dostum və ən yaxşı tərəfdaşım adlandırmaqdan xoşbəxtəm”.

Lili Kollinz və Zak Efron
Lili və Zak ilk dəfə on il əvvəl Nickelodeon mükafatları veriləndə tanış olublar. Efron etiraf etdi ki, dostu haqqında ilk təəssüratları pis olub, çünki o, Kollinzin çox təkəbbürlü olduğunu düşünürdü. Lakin o, tezliklə fikrini dəyişdi və hər görüşdən sonra məşhurlar arasında əlaqə daha da gücləndi. Lili və Zak 2019-cu ildə birgə layihədə də iştirak ediblər.