Vahid dövlət istintaq komitəsi yaradılmalıdır - Qüdrət Həsənquliyev

14:01 07.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ölkəmizdə hüquq və azadlıqların qorunması, vəzifəli şəxslər tərəfindən qanunlara ciddi əməl olunması ilə bağlı hər birimizi narahat etməli olan çatışmazlıqlar var”.


Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Ombudsmanın illik hesabatına münasibət bildirən deputat Qüdrət Həsənquliyev bildirib.
Deputat qeyd edib ki, bu çatışmazlıqları aradan qaldırmaq üçün ölkədə ciddi məhkəmə islahatlarının aparılmasına ehtiyac var. Q.Həsənquliyev hesab edir ki, tək Ombudsmanın fəaliyyəti ilə bu problemləri aradan qaldırmaq mümkün deyil.


“Ombudsman qanunverilicikdə müəyyən dəyişikliklərə ehtiyac olduğunu deyib. Açıq demək lazımdır ki, Millli Məclis problemlərin həll olunduğu yer deyil. Ona görə də daha yaxşı olardı ki, Ombudsman Mərkəzi İcra Hakimiyyəti orqanları ilə işləsin”.


Azərbaycanda istintaq aparan 8 istintaq orqanının olduğunu qeyd edən Q.Həsənquliyev az qala hər bir orqanın özünə bir istintaq idarəsi yaratdığını vurğulayıb.


“Elə bir nazirlik yoxdur ki, az qala onun özünün istintaq idarəsi olmasın. Vahid dövlət istintaq komitəsi yaradılmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər