Vardanyan Azərbaycanı “hədələdi” – “Müharibə sizə…”

11:57 03.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Guya Rusiya vətəndaşlığından imtina edərək  qanunsuz şəkildə Azərbaycanın Qarabağ iqtisadi(!) rayonununa gəlmiş və artıq iki aydan çoxdur ki,  burada qanunsuz iqtisadi və ictimai-siyasi fəaliyyətlə məşğul olan və sabah noyabrın 4-dən rəsmən separatçı rejimin “dövlət naziri” vəzifəsinə başlayacaq milyarder  Ruben Vardanyan Azərbaycan dövlətinə və xalqında qarşı təhdidlərlə çıxış edib.

Hafta.az xəbər verir ki,  R.Vardanyan belə fikirləri  Qarabağda Gəncəsər məbədinin həyətində Rusiyanın məşhur “Kommersant” nəşrinə müsahibəsində Qarabağın  qondarma “statusu” haqda danışarkən  söyləyib.

“Qarabağın statusu onunla müəyyən edilir ki, hətta beynəlxalq hüquqa uyğun olaraq tam müəyyən edilməsə belə, status-kvonun qorunub saxlanması (bu ondan ibarətdir ki, Azərbaycan rəhbərliyinin göstərdiyi formada Qarabağ Azərbaycanın tərkibində olmayacaq) aydın başa düşülməli və qəbul edilməlidir. Həm Azərbaycan rəhbərliyi, həm də Azərbaycan xalqı tərəfindən qəbul edilməlidir. Artsax xalqını məhv etmək cəhdi, bunu hərbi yolla həll etmək cəhdi Azərbaycana baha başa gələcək. Həm birbaşa qurbanlar baxımından, həm beynəlxalq məkanda itkilər baxımından, həm də bütün bunların bumeranq effekti verməsi baxımından. Belə çıxışları nə qədər çox etsən, onlar bir o qədər sənə doğru geri qayıdır. Mən qorxutmuram və nə iləsə təhdid etməyə çalışan adama bənzəmək istəmirəm. Bu, tarixdir. Sadəcə, tarixi oxumaq və başa düşmək lazımdır ki, bütün bunlar heç kim üçün izsiz keçmir" -erməni milyarder belə deyib.

Bizim şərh:

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən əvvəl də separatçı rejimin başında duranlar eyni bu cür bəyanatlar verirdilər. Lakin 44 günlük müharibə zamanı onların hamısı qaçıb İrəvanda gizləndilər. Bəli, tarixi təcrübə hər zaman öz sözünü deyir. Özüdə çox da keçmiş olmayan Zəfər təcrübəsi…

Siyasət rubrikasından digər xəbərlər