Vardanyanın yeni "tələbi" - "Xankəndi hava limanı..."

21:12 15.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Laçın yolunda azərbaycanlıların keçirdikləri etiraz aksiyaları səbəbindən ağlını itirən rus sülhməramlıların nəzarətindəki ərazilərimizdə varlığını sürdürməyə çalışan separatçı rejimin "rəhbərliyi" indi də Xankəndi hava limanının fəaliyyətə başlamasını tələb edir.

Qeyd edək ki, son 4 gündə rus sülhməramlıları tərəfindən Laçın yolu bağlanılıb. Süni maneələr qoyulmaqla yol işlək olmayan vəziyyətə gətirilib. Bunu əllərində bəhanə edən ermənilər isə bütün dünyaya Azərbaycanın "Dağlıq Qarabağı təcrid" etməkdə, "humanitar fəlakət yaratmaqda" ittiham etməyə başlayıb.

İndi isə yolları bağlanan separatçılar "humanitar yardım" adı altında Xnkəndi aeroportunun iə düşməsini istəyirlər.

Bu "tələb" yenə də Rusiya tərəfindən Azərbaycan ərazilərinə göndərilmiş və separatizmi djirçəltmək üçün əlindən gələni edən Ruben Vardanyan tərəfindən səsləndirib.

"Hava limanı işlək vəziyyətdə olmalıdır. Bunun üçün beynəlxalq təşkilatların və bütün ölkələrin təzyiqi lazımdır ki, humanitar dəhliz yaransın və humanitar yük daşıyan təyyarələr Stepanakert (Xankəndi red.) hava limanına enə bilsin. Azərbaycandan asılı olmamağın yeganə yolu budur. Bizə humanitar təyyarələrin Artsaxa (Dağlıq Qarabağ red.) uçmasına imkan verəcək beynəlxalq müqavilə lazımdır. Hava limanı tam işlək vəziyyətdədir”, - deyə Vardanyan "Kommersant"a deyib.

Xatırladaq ki, hələ Serj Sarkiyan Ermənistan prezidenti olanda Xocalı rayonu ərazisində separatçılar tərəfindən hava limanı tikilib. Lakin Azərbaycanın qəti tələbləri və hava limanına uçacaq təyyarələrin qanuni hədəf olacağı ilə bağlı xəbərdarlıqlarından sonra artıq neçə illərdir ki, bu hava limanı quru bina olraq qalmaqdadır.

Siyasət rubrikasından digər xəbərlər