Yazını böyüt
Yazını kiçilt
Polşanın paytaxtı Varşavada maraqlı oğurluq hadisəsi baş verib.
Hafta.az-ın PAP xəbər agentliyinə istinadən yazdığına görə, 22 yaşlı gənc Varşavadakı ticarət mərkəzində özünü cansız maneken kimi göstərərək gecə içəridə qalıb. Gəncin ticarət mərkəzi bağlandıqdan sonra bir neçə bölmədə, xüsusilə də zərgərlik şöbəsində olduğu üzə çıxıb. Gənc istədiyini oğurladıqdan sonra içəridəki bəzi restoranlarda da yemək də yeyib.
Hadisə səhər saatlarında aşkarlandıqdan sonra ticarət mərkəzinin əməkdaşları təhlükəsizlik kameralarını yoxlayıb və vəziyyəti polisə bildiriblər. Qısa müddətdə saxlanılan şübhəlinin 10 ilə qədər həbs oluna biləcəyi deyilir.