“Vaşadze öz bəyanatı ilə bütün xəstə insanları təhqir edib” - Millət vəkili

10:50 20.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Giorgi Vaşadze öz cümləsi ilə ölkənin baş nazirini deyil, autizm spektri altında təsnif edilən bütün insanları təhqir etmiş oldu. O, bu insanları mənfi nöqteyi-nəzərdən göstərməyə çalışdı, bu onun tərəfindən ayrı-seçkiliyin dibindən aşağı enməyin ilk halı deyil”.

Hafta.az-ın yazdığına görə, bu haqda parlamentdəki “Gürcü Arzusu” çoxluğunun üzvü Davit Matikaşvili deyib. Onun sözlərinə əsasən, Vaşadze xərçəng xəstələrinə münasibətdə bunun, suya atılan pul olduğunu bildirib.

“Vaşadze bir daha özünü lüstrasiya etdi və “Milli Hərəkat”ın 2012-ci ilə qədər ölkəni idarə etdiyi, müxalifətdə də anti-insani və dövlət əleyhinə siyasətlə ölkəni təhlükəyə atmağa çalışan siyasi əqidəsini ictimaiyyətə göstərdi. Gürcü xalqı onların bu cür münasibətini bağışlamayacaq və daha bir fiaskonu seçkilərdə yaşayacaqlar”, - Matikaşvili açıqlayıb.

“İnsanların sağlamlıq vəziyyətini əlimizdə bayraq tutub bir-birimizi təhqir etməməliyik”.

Bu sözləri isə millət vəkili İaqo Xviçia Qiorqi Vaşadzenin dünənki bəyanatını şərh edərkən səsləndirib.

“Ola bilsin başqa bir şey istifadə edəsən, amma insanların sağlamlıq vəziyyəti ilə bir-birimizi təhqir etməməliyik və zənnimcə, bu, “Gürcü Arzusu - Milli Hərəkat” qarşıdurmasının yeni səviyyəsidir. Bu, Qiorqi Vaşadze tərəfindən buraxılmış siyasi səhvdir. Müxtəlif insanlar səhvi fərqli yollarla etiraf edirlər, lakin belə anlarda mən üzr istəyirəm”, - Xviçia açıqlayıb.

Oxunma sayı 127