Vəkil özünə qəsd edib

11:10 06.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazax rayonunda intihar hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, rayonun Hüseynbəyli kənd sakini Mahmudov Rüfət Əsəd oğlu həyatına qəsd edib.

R.Mahmudov hüquqşünas olub. O, Azərbaycanın Vəkillər Kollegiyasının üzvü, Qazax rayon Vəkil bürosunun vəkili kimi fəaliyyət göstərirmiş.

 

Faktla bağlı araşdırma aparılır.