Venesuelada 7,1, Yaponiyada 6,9 - Zəlzələ olub

08:12 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuelada 7,1 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 18:04-də Valensiya şəhərindən 60 kilometr şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Digər təbii hadisə Yaponiyanın şimal-şərqində 6,9 bal gücündə olub. Ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri İvate prefekturasının şərqində, Sakit Okeanda, 50 kilometr dərinlikdə olub. Zəlzələdən sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqə sonra ləğv edilib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Yaponiya Baş naziri Sanae Takaiçinin dəftərxanasında zəlzələ və onun nəticələri barədə məlumat toplamaq və təhlil etmək üçün təcili qərargah yaradılıb.